Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


31.07.2025  10:34 

Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq





A+  A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan əməkdaşların maaşlarından müəyyən məbləğdə vəsait tutur. Lakin bir çoxları bildirir ki, bu qurumdan heç bir dəstək və ya xidmət almırlar.

Bir çox müəllim AHİK-ə üzvlükdən imtina etmək və maaşlarından tutulan vəsaitin dayandırılması üçün ərizə ilə müraciət etməyə hazırlaşır. Onların fikrincə, həmkarlar ittifaqı yalnız formal üzvlük və məcburi tutulmalar üzərində qurulub. Həmin vəsaitlərin hansı istiqamətlərdə xərcləndiyinə dair isə şəffaflıq yoxdur. Bu narazılıq nəticəsində müəllimlər üzvlükdən çıxmağa qərar veriblər.

Maraqlıdır, həmkarlar ittifaqına üzvlük məcburidir, yoxsa könüllü? Üzvlər ərizə yazaraq bu qurumdan çıxa bilərmi? Toplanan vəsaitin xərclənməsi ilə bağlı AHİK-in açıqlama vermək öhdəliyi varmı?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, həmkarlar ittifaqlarına üzvlük tamamilə könüllüdür:

"Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında və "Həmkarlar İttifaqları haqqında" Qanunda da açıq şəkildə təsbit olunub. Lakin təəssüf ki, təcrübədə vəziyyət fərqlidir. Dövlət idarə və müəssisələrində, eləcə də ali təhsil ocaqlarında işçilər və tələbələr faktiki olaraq məcburi şəkildə bu ittifaqlara üzv edilir. Onların əksəriyyəti bu barədə heç bir ərizə yazmayıb. Amma buna baxmayaraq, hər ay əməkhaqqılarından və ya təqaüdlərindən müəyyən məbləğ tutulur. Bu, açıq şəkildə qanunsuzluqdur".

Əkrəm Həsənov qeyd etdi ki, bu kimi hallarda vətəndaşlar məhkəməyə müraciət edərək onlardan qanunsuz tutulan vəsaitin geri qaytarılmasını tələb edə bilərlər:

"Onlar haqlı olaraq soruşa bilərlər: “Ərizəm olmadan hansı əsasla pulumdan tutulma etmisiniz?"

Hüquqşünasın sözlərinə görə, həmkarlar ittifaqları yalnız üzvlərinə deyil, ümumilikdə cəmiyyətə qarşı da şəffaf fəaliyyət göstərməyə borcludur:

"Bu qurumlar genişmiqyaslı ictimai birliklərdir və qeyri-hökumət təşkilatı statusuna malikdirlər. Topladıqları vəsaitlərin necə xərcləndiyi barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verməlidirlər. Təəssüf ki, illərdir bu şəffaflıq təmin olunmur. Bu səbəbdən də, təşkilatdan fayda görməyən şəxslər sadə bir ərizə ilə üzvlükdən imtina edə bilərlər".

Xəbər 146 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +