Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


25.06.2025  12:17 

Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video





A+  A-

İmişli rayonundan mişar daşı, qum və çınqıl daşıyan yük avtomobilləri kütləvi şəkildə cərimələnir.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qrup yük avtomobili sürücüsü müraciət edib.

Onların sözlərinə görə, sürücülərin bəzilərinə 600, bəzilərinə 1200 manat cərimə yazılıb. Əsassız yerə cərimə olunduqlarını iddia edən sürücülər yüksək məbləğə etiraz olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qarşısına toplaşıblar.

Onlar deyirlər ki, tələb olunan maksimal yükə əməl edərək yola çıxırlar:

“Yükümüzü tələb edilən normativə uyğun vururuq. Qaradağ postunu normal qaydada keçirik, lakin bizə 600, 1200 manat cərimə gəlir…”

Problemlə bağlı AYNA-dan bildirilib ki, artıq sürücülərlə görüş keçirilib, müraciətləri qurum rəsmiləri tərəfindən dinlənilib.

Daha ətraflı:



Xəbər 647 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +