Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


24.08.2017  11:14 

Azərbaycanlı zəvvarların ilk qrupları bu gün Həccə yola düşüb





A+  A-

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında hər birində 3 zəvvar qrupu olan iki təyyarə Səudiyyə Ərəbistanına uçub. Növbəti reyslər avqustun 25-də və 26-da olacaq.

Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, ümumilikdə 900 zəvvarın Azərbaycandan Həccə yola düşməsi planlaşdırılıb. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

Xəbər 2642 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +