Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


22.08.2017  10:06 

Azərbaycanlı gənclər sosial şəbəkə yaratdı





A+  A-

Avqust ayının əvvəlindən üç azərbaycanlı gənc - Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanov tərəfindən yaradılmış Raters mobil tətbiqetməsi iOS əməliyyat sistemində fəaliyyətə başlamışdır.
XəzərNews.az xəbər verir ki, kinosevərlər üçün nəzərdə tutulmuş bu sosial şəbəkə dostlarınızın və kino zövqünə güvəndiyiniz digər şəxslərin rəylərinə əsasən maraqlı filmlər tapa biləcəyiniz bir yerdir. Raters`lə siz "Hansı filmə baxım?", "Bu filmə baxmağa dəyərmi?", "Bu film haqqında fikirlərimi kimlə bölüşüm?" tipli suallara cavab tapacaqsınız.

Raters`in IMDB, Kinopoisk, Rotten Tomatoes və digər kino platformalarından əsas fərqi dostlarınızın hansı filmlərə baxdığını bilmək və bu filmlər haqda rəylərini öyrənmək kimi sosial şəbəkə xüsusiyyətləridir. Raters`in fəlsəfəsi bir film haqqında dostlarınızın və kino zövqünüzün yaxın olduğu digər şəxslərin rəylərinin sizə on minlərlə tanımadığınız şəxslərin qiymətləndirməsindən daha uyğun olmasıdır.

Hal-hazırda, bu tətbiqetmədən yalnız iPhone və iPad istifadəçiləri yaralansa da, yaxın gələcəkdə Android və masaüstü kompyuter istifadəçilərinə də əl çatan olacaqdır. Raters barədə ətarflı məlumat almaq və ya endirmək üçün www.ratersapp.com saytına daxil ola bilərsiniz.



Xəbər 4119 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +