Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


16.08.2021  17:54 

Valideynlərdən vaksin sənədi tələb edilir?





A+  A-

Son günlər sosial şəbəkələrdə övladı orta məktəbə və bağçaya gedən valideynlərdən COVID-19 pasportunun tələb olunması ilə bağlı məlumatlar yayılıb.
Valideynlər onlara koronavirusa qarşı peyvənd olunmayacaqları təqdirdə övladlarının məktəb və bağçaya götürülməyəcəyi ilə bağlı təzyiqlər olunduğunu iddia edirlər. Redaksiyamıza daxil olan müraciətlərin birində Yasamal rayonunda yerləşən 94 saylı uşaq bağçasından bununla bağlı bütün valideynlərə zəng olunduğu bildirilib. Həmçinin digər məktəbəqədər təhsil müəssisələrində də valideynlərə eyni məzmunlu zənglərin olunduğu iddia edilir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” sadalanan şikayətlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən təhsil müəssisələrinə belə bir tapşırığın verilmədiyi bildirilib: “Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib”.

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb və hazırda ölkədə 4 növ vaksin tətbiq olunur. Vaksinasiya prosesi könüllü xarakter daşıyır.

Xəbər 3362 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +