Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?
Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir


27.02.2017  16:32 

“Proses qapalı keçirilsin, deyəcəklərim var” - MTN polkovniki





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə tikinti biznesi ilə məşğul olan, MTN-ə çağırılan, hədə-qorxu gəlinərək 1 milyon manatı alınan Akif Qurbanovun epizodu üzrə, şahid qismində dindirilən oğlu Teymur Qurbanov deyib ki, 2013-cü ilin yanvar ayında Vüsal Ələkbərov ona zəng edib MTN-ə gəlməsini deyib: “Vüsal orda mənə dedi ki, atam cinayət törədib və ölkədən gedib. Bununla bağlı polis rəisi olan böyük qardaşım Vüqarla danışıblar, amma razılığa gələ bilməyiblər. Dedi, buna görə də məni çağırıblar və istədi ki, mən atamla danışıb sonra MTN-ə 1 milyon manat verim. Atamı müxalifətçilikdə, Etibar Əliyevlə əlbir olmaqda və mənimsəmədə ittiham edirdilər. Mən dedim ki, atam heç bir cinayət törətməyib. Vüsala elə-belə 50 min manat verməyi təklif etdim, razılaşmadı”.

T.Qurbanovun MTN-nin istintaq baş idarəsinin 2-ci istintaq şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərovu tanımadığını, onun qəbulunda olmadığını deyib.

V.Ələkbərov isə T.Qurbanovla bağlı məxfi məlumata sahib olduğunu deyib:

“Yaxın dostlardan biri bu şahidi qəbul etməyimi xahiş edib. Mən də onu qəbul etmişəm. Amma mən ona şəxsən zəng vurmamışam. Ümumiyyətlə, bu şahidlə bağlı dindirilmənin qapalı prosesdə aparılmasını istəyirəm. Çünki onunla bağlı mənim deyəcəklərim var. Həmin ifadələrin ictimaiyyətə açıqlanmasını istəmirəm. Bu şəxs dövlətin mənafeyinə zidd hərəkətlər edib. Bununla bağlı Baş Prokurorluğa müraciət olunmalıdır”.

Daha sonra A.Qurbanovun qardaşı M.Qurbanov ifadə verərək tələb olunan 1 milyonu toplamaq üçün özünün 300 min manat verdiyini deyib.

Prosesdə Sahib Ələkbərov da ifadə verib, Akif Qurbanovu MTN-ə çağırmadığını və dindirmədiyini deyib: “Akif Qurbanov mənim uzaq qohumum olub. Amma onun MTN-ə çağırılması, pul tələb edilməsi barədə heç nə bilmirəm. O, mənə bu barədə desəydi belə, mənim məsələni həll etmək səlahiyyətim çatmazdı. Teymur Qurbanovun qəbul edilməsi ilə bağlı MTN-nin növbətçiliyin qeydiyyat jurnalında mənim adımın qeyd olunması texniki xəta olub. Bu da Vüsalla mənim soyadımın eyni olması ilə bağlıdır. Akif Qurbanovun dövlət əleyhinə çıxış etməsi barədə məlumatım olmayıb”.

Məhkəmə prosesi martın 3-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 6542 dəfə oxunub.




11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +