Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR
Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb


12.09.2025  12:05 

DİN kibercinayət statistikasını niyə dayandırdı?





A+  A-

“Bir müddət əvvəl Daxili İşlər Nazirliyi (DİN) hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını açıqlayırdı. Bu məlumatlar həm cəmiyyətin diqqətini çəkir, həm də vətəndaşları daha ehtiyatlı olmağa vadar edirdi”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, statistika DİN-in topladığı məlumatlar və banklarla qurumun Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında işləyən real vaxt sistemi vasitəsilə hazırlanırdı, media bu rəqəmləri yayımlayaraq maarifləndirmədə mühüm rol oynayırdı:

“Lakin son vaxtlar bu açıqlamalar tamamilə dayandırılıb. Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin paylaşmadığı gündəlik statistika indi nə ictimaiyyətin, nə də medianın ixtiyarındadır.

İddialara görə, bu qərarın səbəbi açıqlamaların bankların nüfuzuna zərər vurması ilə bağlı narahatlıqlardır. Halbuki, Mərkəzi Bank daha əvvəl bu məlumatların aylıq təqdim olunacağını bildirmişdi. Ancaq hazırda nə gündəlik, nə də aylıq hesabatlar açıqlanır.

Nəticədə cəmiyyət kibercinayətlərin real vəziyyətindən xəbərsiz qalır, insanlar hansı risklərdən ehtiyat etməli olduqlarını bilmir”.

Ekspertlərin fikrincə, belə məlumatların gizlədilməsi doğru yanaşma deyil:

“Əksinə, banklar təhlükəsizlik sistemlərini gücləndirməli, maarifləndirməyə daha çox resurs ayırmalıdırlar. Mərkəzi Bank da ən çox şikayət olunan bankların siyahısını paylaşdığı kimi, kibercinayət statistikasını da ictimaiyyətə təqdim etməlidir.

Mövzu ictimai əhəmiyyət daşıyır və birbaşa vətəndaşların təhlükəsizliyi ilə bağlıdır. Gözlənti isə budur ki, DİN tezliklə bu boşluğu aradan qaldıracaq və ictimaiyyəti real vəziyyət barədə mütəmadi məlumatlandıracaq”.

Xəbər 645 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +