Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


26.02.2025  10:57 

Tramp Amerika vətəndaşlığını 5 milyon dollara satacaq





A+  A-

ABŞ prezidenti Donald Tramp insanlara təxminən 5 milyon dollara Amerika vətəndaşlığı almağa imkan verən proqramın “Qızıl kart” adlandırılacağını açıqlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə fevralın 26-da Reuters agentliyi məlumat yayıb.

Tramp bildirib ki, bu, hazırda iş yerləri yaradan və ya qoruyan xarici investorlara ABŞ-ın daimi sakinləri olmağa imkan verən EB-5 proqramını əvəz edəcək. EB-5 xarici vətəndaşları Yaşıl Kartla təmin edir:

"Qızıl kartı satacağıq. Bu kartı təxminən 5 milyon dollara qiymət qoyacağıq. Bu sizə Yaşıl Kartın imtiyazlarını verəcək, üstəlik vətəndaşlığa aparan yol olacaq və zəngin insanlar bu kartı alıb ölkəmizə gələcəklər".

Prezident əlavə edib ki, yeni sxemin təfərrüatları iki həftədən sonra ortaya çıxacaq.

Jurnalistlərin rus oliqarxlarının belə bir sxemdən yararlana biləcəkləri ilə bağlı sualına Tramp müsbət cavab verib.



Xəbər 1991 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +