“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


07.12.2023  20:27 

“Onların yanında başqa söz deyə bilmir“ - Əsir Hüseynin anası





A+  A-

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Xəzərnews.az xəbər verir ki, "Qafqazinfo" əsirin anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.

Ana bu xəbəri eşidən anda huşunu itirdiyini deyib: "Sonuncu dəfə noyabrın 23-də danışmışıq. Noyabrın 27-si isə məktubları bizə gəlib çatıb. Onların yanında başqa söz deyə bilmir. O vaxt cəzasının dəyişdirildiyindən xəbərimiz yox idi. O da heç nə demədi. Bircə yaxşı olduğunu dedi. Amma bütün tanışlarımızın adını bir-bir çəkdi ki, mənim adımdan hər birindən halallıq istə. O sözündən sonra ürəyimdə qara qaldı ki, oğlumun başına nəsə iş gələcək".

Xatırladaq ki, bu ilin aprelində Naxçıvan MR-in Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu (2004) və Axundov Hüseyn Əhliman oğlu (2003) Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan H. Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" təqsirləndirilib. Mayın 8-i A. Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 985 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +