“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


17.02.2022  15:15 

Prezident köməkçisinin bacısına 2 milyon “atan“ falçıdan xəbər var...





A+  A-

"Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün pul alıb. İndi falçı hakim qarşısına çıxarılır. Falçı pulu ayda 10 min manat olmaqla qaytaracağını deyir.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

Zərərçəkmiş Sənan Ağarzayeva falçı ilə ayda 10 min manat ödəmək barədə müqavilə bağlayıb. Razılıq belədir ki, ailə ona hər ay 10 min manatdan olmaqla, ümumilikdə 500 min manat pul ödəyəcək. O da şikayətçi olmayacağı haqda ərizə verəcək.

İsmiyeva son sözündə deyib ki, həyat yoldaşı bu məhkəmədə onu fərqli şəkildə təqdim edib, şəxsiyyətini alçaldıb.

Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva Ceyhun Zeynallıdan hamilə olduğu üçün istintaq dövründə həbs edilməyib. Artıq o, həmin uşağı dünyaya gətirib. Buna görə də azadlıqdadır.

Şəfəq İsmiyeva aldığı 1 milyon manat pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Ceyhun isə bunu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.

Əvvəl dəymiş zərərin 1 milyon olduğu deyilsə də, məhkəmədə məlum olub ki, Rəna Ağarzayeva fala baxmaq üçün "Maya"ya 1 milyon 998 min manat verib.

Xatırladaq ki, prokuror çıxış edərək Şəfəq İsmiyevaya 10 il 6 ay həbs cəzası verilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.

İstintaq müəyyən edib ki, İsmiyeva özünü "Maya" kimi təqdim edib və iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 2 milyona yaxın pul alıb. Zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb.

Məhkəmədə danışan Sənan Ağarzayeva söyləyib ki, təqsirləndirilən şəxslərin həbsini yox, pulunu istəyir.

Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəfə 293 min manatı Ceyhun Zeynallı ödəyib.

Bildirək ki, növbəti proseslərdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcək, ardınca hökm elan ediləcək.

Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır.

Xəbər 1952 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +