Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


25.11.2020  15:34 

“Bu, çoxluğun tələbidir” - Vanetsyan Paşinyanın istefası barədə





A+  A-

“Ermənistan baş naziri Nikol Paşinyanın istefası ölkə vətəndaşlarının əksəriyyətinin tələbidir”.
XəzərNews.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan bu barədə jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, müxalifətin tələblərinin cəmiyyət tərəfindən dəstəklənmədiyini söyləmək ən azı alçaqlıqdır.

Vanetsyan hesab edir ki, Paşinyanın rəhbərlik etdiyi hökumət yalnız hakimiyyəti necə qoruyacağını düşünür.

“İnsanlar kədərlənir, ağrılar çəkir və buna görə siyasi proseslərdə iştirak etmək istəmədikləri aydındır. Yenidən təkrar edim ki, bu, sırf siyasi bir proses deyil, bu, vətəni qurtarmaq adına bir prosesdir”,- deyə Vanetsyan qeyd edib.

Bundan əvvəl Nikol Paşinyan “TASS” agentliyinə verdiyi müsahibəsində müxalifətin istefası ilə bağlı çağırışlarının Ermənistan cəmiyyətində geniş dəstək almadığını bildirmişdi.

Xatırladaq ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu.

Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.



Xəbər 3542 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +