Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib


22.09.2019  13:37 

Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 21-i gündüzdən sentyabrın 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Dağlıq ərazilərdə qar yağıb, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

Şimal-qərb küləyi bəzi yerlərdə 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 24-38 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda isə 20-25 m/s , bəzi yerlərdə arabir 35-38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.

Eyni zamanda Astarada 33 mm, Lənkəranda 28 mm, Lerikdə 25 mm, Şahdağda 11 mm, Yardımlıda 9 mm, Şamaxıda 7 mm, Qusarda 5 mm, Xınalıq, Qubada 4 mm, əksər rayonlarda 0.0- 1.0 mm olub.

Qar örtüyünün hündürlüyü isə Şahdağda 3 sm, Xınalıq, Qırızda 1 sm qeydə alınıb.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, 23 -dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər 2911 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +