“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


06.03.2019  17:46 

Qarabağ Komitəsi Bakı meriyasına mitinq üçün müraciət etdi





A+  A-

Qarabağ Komitəsi martın 16-da mitinq keçirmək üçün Meriyaya müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Dağlıq Qarabağ və digər ərazilərin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlıq işinə ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Mitinqin martın 16-da 15:00-dan 17:00-dək Yasamal rayonunu ərazisindəki Məhsul stadionunda keçirilməsi nəzərdə tutulur.

Mitinqdə səsləndiriləcək şüarlar “Qarabağa azadlıq”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Təslimçi sülhə yox”, “Qarabağda anti-terror əməliyyatlarının keçirilməsini tələb edirik”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik”dir”.

Həmçinin bildirilib ki, mitinqdə eyniməzmunlu plakatlar qaldırılacaq, qətnamə qəbul olunacaq:

“Mitinqin keçirilməsi üçün şəraitin yaradılması, təhlükəsizliyin təmin olunması xahiş edilir”.

Müraciəti imzalayanlar isə bunlardır: Mirmahmud Fəttayev, Pənah Hüseyn, Sahib Kərimli, Tural Abbaslı, Əvəz Zeynalov.

Maraqlıdır ki, hələ ötən həftə Meriyaya təqdim edilən bu müraciətdə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının imzası yoxdur.

Qeyd edək ki, bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə quruma üzv olub.

Xəbər 1219 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +