“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


05.03.2019  11:43 

Nazir və Baş prokuror Yardımlıdakı insidenti nəzarətə götürdü





A+  A-

23 fevralda saat 17 radələrində Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətlərindən XəzərNews.az-a daxil olan birgə məlumata görə, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb.

Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb.

İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib. Və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam ediliblər.

Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının baş prokuroru (Zakir Qaralov) və daxili işlər naziri (Ramil Usubov) tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1667 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +