Elarizin qızı məhkəməyə çağırıldı
Gədəbəyin baş memarı evi sökülən qadından belə qaçdı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi
ABŞ Bakıdakı tədbirini təxirə saldı


30.03.2018  10:56 

DİM rus bölməsinin abituriyentlərinə müraciət etdi





A+  A-

Ali təhsil müəssisələrinə və tam ( 11 illik ) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri, yəni elektron ərizələrində imtahan verəcəkləri dil kimi rus dilini seçən abituriyentlər Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, həmin abituriyentlər üçün Azərbaycan dili fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

DİM nəzərə çatdırır ki, birinci Azərbaycan dili imtahanında iştirak etmək istəyən rus bölməsinin abituriyentləri mütləq 10 aprel saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər (əlavə qeydiyyat tələb olunmur). Qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməyən abituriyentlər birinci Azərbaycan dili imtahanına buraxılmayacaqlar. Yəni, 11 aprel tarixindən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.

Aprelin 10-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri ilk imtahanda iştirak edə bilmədikləri və yaxud imtahandan “qeyri-məqbul”qiymət aldıqları halda ikinci Azərbaycan dili imtahanında iştirak etmək üçün mayın 18-dən 29-dək əlavə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan rus bölməsinin abituriyentlərinin nəticələri bu il də qüvvədə qalacaq və həmin abituriyentlər bu il yenidən Azərbaycan dili fənni üzrə imtahan verməyəcəklər.

Xəbər 3072 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?

22.06.2025  12:39 

ABŞ İranı vurdu


BÜTÜN XƏBƏRLƏR +