Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


02.12.2025  16:44 

Tiktoker “Roşka“nın məhkəməsi keçirilib





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktoker işinə yenidən baxılmasını və ədalətli qərar verməsini məhkəmədən istəyib.

Daha sonra sənədlərin tədqiqi mərhələsi elan olunub. Cinayət işinə əlavə edilmiş videogöruntülərə baxış keçirilib. Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə onu təmin etməyib.

Məhkəmə vaxt məhdudiyyətindən sənədlərin tədqiqinin dekabrın 16-da keçiriləcəyini elan edib.

Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.//Lent.az


Xəbər 369 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +