YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


10.03.2025  16:13 

Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir





A+  A-

Bu gün Azərbaycanın aparıcı xəbər portallarından biri olan Xalqxeber.Az-ın fəaliyyətə başlamasından 13 il ötür. Bu illər ərzində portal ölkənin informasiya məkanında mühüm yer tutaraq, operativ, obyektiv və dolğun xəbərləri oxuculara çatdırmaq missiyasını uğurla yerinə yetirib.

XəzərNews.az xəbər verir ki, saytın baş redaktoru Peyman Sadıqov bildirib ki, xəbərçilik sahəsi sürətlə dəyişən və daim yenilənən bir sahədir.

Xalqxeber.Az isə bu dəyişikliklərə uyğunlaşaraq, daim inkişaf edib, cəmiyyətin informasiya ehtiyaclarını qarşılamaq üçün müasir jurnalistika prinsiplərinə sadiq qalıb. Portalın əsas məqsədi obyektiv və operativ xəbərlər təqdim etmək, ictimai maraqları qorumaq, vətəndaşların səsini işıqlandırmaq olub.
Xalqxeber.Az ölkədə və dünyada baş verən hadisələri izləyərək, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarına uyğun xəbərlər yayımlayıb. Portalın fəaliyyətində təkcə gündəlik xəbərlər deyil, həm də araşdırmalar, analitik məqalələr, müsahibələr və sosial problemlərin işıqlandırılması mühüm yer tutur.

Bu illər ərzində Xalqxeber.Az təkcə xəbər yaymaqla kifayətlənməyib, eyni zamanda oxucuların aktiv iştirakına da önəm verib. Cəmiyyətin problemlərini qaldıraraq onların həlli üçün müzakirə platforması yaradıb. Bu, portala böyük oxucu etimadı qazandırıb.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə xəbər portallarının rəqabəti də artıb. Xalqxeber.Az isə bu rəqabətdə ön sıralarda yer almağı bacarıb. Müasir texnologiyaların tətbiqi, sosial media platformalarında aktiv fəaliyyət, mobil tətbiqlərin istifadəyə verilməsi kimi yeniliklər portalın daha geniş oxucu kütləsinə çatmasına imkan yaradıb.

Bu illər ərzində portal jurnalistikanın etik prinsiplərinə sadiq qalaraq obyektivliyi qoruyub. Qərəzsiz və dürüst xəbərlərin təqdim edilməsi, hadisələrin hərtərəfli işıqlandırılması Xalqxeber.Az-ı oxucuların etibar etdiyi mənbələrdən birinə çevirib.

Xalqxeber.Az xəbər portalının 13 illik fəaliyyəti münasibətilə kollektivini, rəhbərliyini və bütün oxucularını təbrik edirik! Gələcək fəaliyyətinizdə daha böyük uğurlar, yeni-yeni nailiyyətlər və geniş oxucu auditoriyası arzulayırıq.

Xəbər 2491 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +