Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


03.05.2020  11:20 

Tramp Kim Çen Inın “tapılmasından“ danışdı





A+  A-

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

ABŞ prezidenti bildirib ki, KXDR liderinin ictimaiyyət qarşısına çıxmasına və onun yaxşı olmasına məmnundur.

"Şəxsən mən onun qayıtdığını və sağlam olduğunu görməyimə şadam”, - Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In mayın 2-də Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib. Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.

Xəbər 3380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +