Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.04.2020  17:11 

Afrika ötən il 105 fərqli epidemiya ilə mübarizə aparıb





A+  A-

Afrika Xəstəliklərinə Nəzarət və Profilaktika Mərkəzinin səhiyyə siyasəti direktoru Bencamin Cudalbey qitənin koronavirus epidemiyasına hazır olduğunu və yalnız keçən il Afrikada 105 fərqli epidemiyanın baş verdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Cudalbey COVID-19 ilə əlaqəli proseslərin müzakirə olunduğu onlayn keçirilən həftəlik mətbuat konfransında məlumat verib.

Qitədə digər bölgələrə nisbətən daha az yoluxma halının olmasının görülən tədbirlər və təcrübə ilə bağlı olduğunu bildirən Cudalbey təkcə keçən il Afrikada ebola da daxil olmaqla 105 fərqli epidemiyanın yayıldığını bildirib.

O həmçinin qeyd edib ki, şəhərlərin karantinə alınması və komendant rejiminin tətbiqinin effektiv təsir göstərməsinə baxmayaraq, virusun yaxın həftələrdə necə inkişaf edəcəyi ilə bağlı heç bir proqnoz yoxdur.

Qeyd edək ki, Afrika qitəsində ümumilikdə 36 800 insan koronavirusa yoluxub, bu günə qədər 589 nəfər xəstəlik səbəbindən həyatını itirib.



Xəbər 3209 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +