Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


13.03.2020  22:57 

Azərbaycanda neçə koronavirus xəstəsi var? - Açıqlama





A+  A-

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqi keçirilib.
XəzərNews.az xəbər verir ki, brifinqdə çıxış edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycanda olan koronavirus xəstələri barədə məlumat verib:

"Hazırda 15 nəfər xəstə var və 1 nəfər dünyasını dəyişib. Xəstə olanlar arasında səhhəti müsbət istiqamətdə gedənlər var. 1938-ci ildən olan vətəndaşımızın da vəziyyəti stabildir, iki həftədir ki, həkimlər onu həyatda saxlayır".

Qurum rəsmisi sabahdan ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı da danışıb:

"Bu gün ölkədə yaranmış vəziyyətlə bağlı qərarlar var. Dünyada koronavirusun yayılma arealı getdikcə dəyişilir. Dünyadan fərqli olaraq, bizdə olan vəziyyət pandemiya deyil. Bu səbəbdən də başqa ölkələrə nisbətən ölkəmizdə olan yaxşı vəziyyəti qorumaq üçün bir çox mədəni-kütləvi tədbirlər, toy və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur. Marketlər fəaliyyətini davam etdirəcək, ancaq kafe və restoranlarda şənliklərin təşkili qadağan olunub. Bununla yanaşı, gün ərzində kafe və restoranlar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək".

İ.Məmmədov bildirib ki, bu, ölkədə vəziyyətin pis olması anlamına gəlməməlidir:

"Əksinə nisbi əlverişli vəziyyəti qorumaq üçün qabaqlayıcı tədbirlərdir. Bu işdə də hadisələri qabaqlamaq strategiyasını tətbiq edirik. Hamı bir gəmidədir və dövlətimizlə həmrəy olmaq zamanıdır. Anonim səslər, anonim məlumatların yayılmasının qarşısını almaq üçün hüquq-mühafizə orqanları ciddi tədbirlər görəcək. Qida təhlükəsizliyi və iqtisadi vəziyyəti normada saxlamağa çalışırıq".

Xəbər 3979 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +