PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


08.01.2019  09:57 

“Ziyanla işləyirik, amma qiyməti qaldırmırıq...”





A+  A-

“Bu gün sanatoriyalarımızın əksəriyyəti ziyanla işləyir, buna baxmayaraq, biz qiymətləri artırmırıq. Sanatoriyalarımıza bir yollayışın qiyməti 600 manatdır. Bu, çox ucuz qiymətdir, ancaq biz ziyanla işləsək də, qiymətləri qaldırmırıq. Çünki qiymətləri qaldırsaq, maddi durumu aşağı olan insanların istirahətə getmək imkanı məhdudlaşacaq. Ona görə də çalışırıq ki, vəsait əldə etdikcə, bu çətinlikləri qarşılayaq”.
XəzərNews.az xəbər verir ki, bunu Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, sağlamlıq müəssisələrində çalışan işçilərin maaşlarının artırılması məsələsi də diqqətdə saxlanılır: “Əgər biz yollayışların müəyyən hissəsini güzəştli qiymətlə satmasaq, xaricdən gəlmək istəyənlərə təklif etsək, onda bir yollayışı 1500-2000 manata satarıq və beləliklə, ziyanı də ödəyərik, maaşları da artırarıq. Ancaq belə olan halda, bayaq dediyim kimi, öz vətəndaşlarımızın sanatoriya-kurort müəssisələrinə getmək imkanları azalacaq.

Nəzərinizə çatdırım ki, biz özəl sektordan da istirahət mərkəzlərinə yollayışlar alırıq. Məsələn, Dövlət Neft Şirkəti Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqına əlavə olaraq 3-4 milyon manat pul ayırır. Belə olan halda sahə Həmkarlar İttifaqı ilə Dövlət Neft Şirkəti arasında müqavilə bağlanır, bizdən alınan yollayışlardan əlavə, özəl sektordan da yollayışlar alınıb neft-qaz sahəsində çalışan işçilərə verilir. Ümumilikdə, bizdən alınan və özəl sektordan alınan bütün yollayışları nəzərə alsaq, 2018-ci ildə vətəndaşlara 100 mindən artıq yollayış verilib. Sovet dönəmində yollayışın 30 faizini vətəndaş ödəyirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra biz bu ödənişi 5 faizə endirmişdik. 3 il ərzində bu minvalla davam etdi. Sonradan Dünya Bankı, digər beynəlxalq maliyyə qurumları vətəndaş tərəfindən ödənişi yenidən 30 faizə qaldırmağı tələb etdilər. Uzun mübahisələrdən sonra biz ödənişi 30 faizə qaldırmağa imkan verməyərək 15 faizin üzərində dayandıq”.

Xəbər 3292 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +