Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.12.2025  18:08 

ADDA və GIZ rəqəmsal əməkdaşlığı genişləndirir





A+  A-

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev və akademiyanın nümayəndələri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) ölkə üzrə yerli nümayəndəsi və insan resursları üzrə direktoru Mehriban Amirova, eləcə də rəqəmsallaşma üzrə layihə rəhbəri Bahar Arabova arasında görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, görüşdə ADDA ilə GIZ Bakı ofisi arasında yeni əməkdaşlıq istiqamətləri, xüsusilə rəqəmsal təhsil və idarəetmə sahələrində innovativ yanaşmaların tətbiqi perspektivləri müzakirə olunub.

Eldar Qocayev çıxışında ADDA-da tədris və idarəetmə proseslərinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan strateji hədəflər barədə ətraflı məlumat verib. O, rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir idarəetmə alətlərinin tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından GIZ ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Görüş zamanı rəqəmsal tədris platformalarının təkmilləşdirilməsi, yeni texnoloji həllərin tətbiqi, eləcə də ADDA-nın idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər birgə layihələrin davamlı və effektiv icrası üçün növbəti addımlar və koordinasiya mexanizmləri barədə razılığa gəliblər.

Görüşdən sonra GIZ nümayəndələri ADDA-nın tədris və texniki infrastrukturu ilə tanış olaraq, mövcud imkanların nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün geniş potensial yaratdığını bildiriblər.

Xəbər 1806 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +