Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto


09.07.2025  17:26 

“Nar” regionlarda təhsilə dəstək verir





A+  A-

Regionlara xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilən məzun günü tədbirində iştirak edib.

Gəncədə təşkil olunan mərasimdə 300-ə yaxın məzun, universitetin rəhbər heyəti, müəllim kollektivi və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qunnar Panke məzunları təbrik edərək onların gələcək peşə həyatlarında uğurlar arzulayıb.

“Nar” və Azərbaycan Texnologiya Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində son bir ildə tələbələr üçün mobil texnologiyalar üzrə seminarlar, karyera hazırlığı proqramları və müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib.

Bu əməkdaşlıq çərçivəsində ATU-da həm nəzəri, həm də praktik biliklərin inkişafına dəstək verilir. Çıxışında məzunlara müraciət edən Qunnar Panke bildirib: “Əziz məzunlar, sizi bu əlamətdar gün münasibətilə təbrik edirəm. İnanıram ki, hər biriniz gələcəkdə seçdiyiniz sahənin peşəkarına çevriləcək və cəmiyyətin inkişafına öz töhfənizi verəcəksiniz. Telekommunikasiya sahəsində karyera qurmaq istəyənlərə isə bizimlə birgə çalışma fürsətləri açıqdır”.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyasında təhsili əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Operator regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılması onların əmək bazarına inteqrasiyasına dəstək və müasir texnologiyalarla tanışlığı istiqamətində davamlı layihələr həyata keçirir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbər 1739 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu


BÜTÜN XƏBƏRLƏR +