Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


03.03.2025  14:30 

Aktyor ayrıldığı həyat yoldaşından danışıb: Bizim ailə nümunəvi idi





A+  A-

"Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin. Müəyyən qədər münasibətimizi balanslaşdırıram".

XəzərNews.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Pərvizə görə" verilişində deyib.

Aktyor ayrıldığı həyat yoldaşı Aynurədən danışıb. Müşviq bildirib ki, oğlu Ukraynada yaşayır:

"Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Ayrılıq yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik, bir-birinizə necə diqqət ayırırsınız. Ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinfə gedəcək. Onu məktəbə yola salmaq üçün avqustda Ukraynaya gedəcəyəm".

Qeyd edək ki, Müşviq 2017-ci ildə ailə qurub. Cütlüyün boşanması 2023-cü ildə ortaya çıxıb. Onların bir oğul övladı var.

Xəbər 4659 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +