Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto
Deputatlar tətilə çıxdı
Sabah gündüz 34-38° isti olacaq
Yeni təyin olunan məmurlar ətrafına dost-tanışını yığır - Deputat
Oğul anasını döyərək öldürdü - Azərbaycanda
Keyt Kelloq Kiyevə işgüzar səfərə gəlib
Baptist kilsəsində atışma baş verib
DTX kibercinayətkarları ifşa etdi


21.01.2018  17:34 

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”





A+  A-

Son bir ay ərzində cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan tərəfinin xeyli sayda itki verdiyi söylənilir.
Hətta, Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərə Müdafiə Nazirliyi cavab verib. “Bu cür xəbərlərin heç bir əsası yoxdur və bu yalan informasiyadır”.

Son 2 gün ərzində cəbhədə baş verən gərginlik zamanı Azərbaycan hərbçisi şəhid olub.

Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində yanvarın 19-da Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov şəhid olub.

O zaman cəbhədə baş verənlər nədən xəbər verir?

XəzərNews.az-ın məlumatına görə, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, cəbhə bölgəsindəki gərginliyin davam etməsi gözlənilən prosesdir.

“Çünki danışıqlarda irəriləyiş yoxdur, Ermənistan Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmaq istəmir, həmin torpaqları şantaj predmeti kimi istifadə edərək bizdən referendum tarixi qoparmaq istəyir. Azərbaycan bu şantaja heç zaman boyun əyməyəcək. Demək belə vəziyyətdə bizim yeganə alternativimiz işğalçıya hərbi təzyiqi artırmaqdır. Şəhidlərimiz var, düşmən də itki verir. İşğalçı anlamalıdır ki, bu siyasətini davam etdirdikcə onları rahat həyat gözləmir. Necə ki, onlar torpaqlarımızı işğal etməklə rahatlığımızı pozublar, biz də onlara rahat yaşamağa imkan verə bilmərik”.

Politoloqun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə bağlı heç bir dövlət qadağa qoya bilməz.

“Danışıqlarda irəriləyiş olmadığı dövrdə cəbhə bölgəsində vəziyyət daima gərgin qalacaq. Bunun başqa alternativi yoxdur. Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq üçün əlində olan bütün hərbi vəsaitlərdən istifadə etmək hüququ var, pilotsuz uçuş vasitələri də bu vasitələrdən biridir. Biz Ermənistanın hava məkanını pozmuruq, pilotsuz uçuş təyyarələri Azərbaycana aid olan ərazilərdə kəşfiyyat uçuşları həyata keçirir. Buna bizi heç bir dövlət qadağan edə bilməz”.

Xəbər 3446 dəfə oxunub.




14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +