Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.06.2025  14:31 

Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev





A+  A-

Xalq artisti Rasim Balayev kolbasa reklamına çəkildiyinə görə onu qınayanlara cavab verib.

XəzərNews.az xəbər verir ki, aktyor Qaynarinfo-ya açıqlamasında bütün dünyada aktyor və aktrisaların reklama çəkildiyini və bundan qazanc əldə etdiyini bildirib:

"Əcəb edib çəkilmişəm, vəssalam. Təklif olunub mən də qəbul etmişəm".

"Kinoda bu boyda islahatlar aparılıb, amma ortada bir senari yoxdur, niyə filmlər çəkilmir" sualına Rasim Balayevin cavabı belə oldu:

"Bunu Mədəniyyət Nazirliyindən soruşun, kinonu onlar çəkir. Mən onların işini haradan bilim".

Qeyd edək ki, Xalq artisti Rasim Balayev kolbasa ilə bağlı reklam çarxına çəkilib. Tamaşaçıların bəziləri aktyoru sözügedən reklama çəkildiyi üçün "Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir” deyə qınayıb.

Xəbər 1736 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +