Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda


10.09.2025  10:56 

“AA“ seriyalı “Land Rover“ini sürən yeniyetmə...





A+  A-

Bakıda "Land Rover" markalı, "AA" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılıb.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, avtomobili idarə edən 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Masallı rayonunda qeydiyyatda olan Zeynalov İbrahim İsmayil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cü maddələri ilə protokol tərtib olunub.

Aparılan araşdırma zamanı İbrahim Zeynalovun nəqliyyat vasitəsinin etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşib. Həmçinin "Land Rover" markalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs işıq siqnalları ilə təchiz edildiyi aşkarlanıb.

Məhkəmə iclasında iştirak edən şəxs özünü təqsirli bilərək, atası İsmayil Zeynalova məxsus nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyini deyib.

Məhkəmənin qərarı ilə avtomobildə qurlaşdırılan xüsusi (çox avazlı) səs siqnalı dövlət nəfinə müsadirə edilməklə İbrahim Zeynalov barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, İbrahim Zeynalovun atası İsmayil Zeynalovun iş adamı olduğu deyilir və rayonda Hacı İsmayıl kimi tanınır.

Xəbər 2124 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +