Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


15.08.2025  10:40 

Azərbaycan Ordusunda ilk insansız gəmi





A+  A-

Azərbaycan Hərbi Dəniz Qüvvələri silahlanmaya insansız hərbi gəmi qəbul edib.

XəzərNews.az xəbər verir ki, dənizçilər Türkiyə istehsalı olan "Salvo" insansız gəmilərini istifadə etməyə başlayıb.

Gəmi Türkiyənin "Daersan" şirkəti tərəfindən yerli imkanlarla istehsal edilir.

Dəniz vasitəsinin uzunluğu 14.79, eni 3.83 metrdir. Sürəti 83-111 km/saat arasında dəyişir.

"Salvo" digər dəniz vasitələrini və havadan gələn təhdidləri zərərsizləşdirə bilir. Bunun üçün gəmiyə müxəlif raket və silah sistemləri yerləşdirilib.

İnsansız gəmi, həmçinin kəşfiyyat, müşahidə, məlumat toplama kimi fəaliyyətləri də icra edə bilər.

Qeyd edək ki, insansız gəmi Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən keçirilən "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim zamanı görüntülənib.

Azərbaycan ordusunun inventarında neçə ədəd "Salvo" insansız gəmi olduğu məlum deyil.


Xəbər 132 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +