Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


18.01.2024  16:32 

DİN yanında İctimai Şuranın iclası keçirilib - FOTO





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, iclasda Daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev və Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi polis polkovniki Elçin Məmmədov iştirak edib. İclasın gündəliyi təsdiq edildikdən sonra Daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev çıxış edib.

Nazir müavini 2023-cü ilin ikinci yarısında Daxili İşlər Nazirliyinin gördüyü işlərlə bağlı məlumat verib.

İctimai Şura ilə qarşılıqlı etimad və əməkdaşlıq formasında fəaliyyət göstərildiyini qeyd edən nazir müavini Şuranın qaldırdığı məsələlərin nazirlik tərəfindən diqqətlə araşdırıldığını və qanunauyğun tədbirlər görüldüyünü bildirib.

Nazir müavini İctimai Şura ilə əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd edib.

Sonra nazir müavini tərəfindən İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilib.

Daha sonra İctimai Şuranın iclası qəbul edilmiş gündəlik əsasında davam etdirilib.

İctimai Şuranın sədri Əliməmməd Nuriyev çıxış edərək, Şuranın qarşısında duran məqsədlər və 2024-cü ildə görülməli işlər haqqında məlumat verib.

Şura sədri bildirib ki, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər Şuraya müzakirə üçün təqdim edilən “İctimai Şuranın 2024-cü il üçün Fəaliyyət Planı üzrə Tədbirlər Planı”nda öz əksini tapıb.

Daha sonra “Tədbirlər Planı” geniş müzakirə edilib. Çıxış edən İctimai Şura üzvləri sənəddə əksini tapan fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini səsləndiriblər.

Sonra “İctimai Şuranın 2024-cü il üçün Fəaliyyət Planı üzrə Tədbirlər Planı” səsə qoyularaq qəbul edilib. Eyni zamanda iclasda bu istiqamətlər üzrə məsul şəxslər müəyyənləşdirilib.

Sonda cari məsələlər müzakirə edilib.





Xəbər 2874 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +