Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


05.06.2022  10:51 

Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?!





A+  A-

“Qazilər nazirliyin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi ki, onların problemini dinləsin, yardım etsin. Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?! Zəng vurub bir şəhid ailəsindən xəbər bilibmi? Bir dəfə düşünübmü ki, bu ananın övladı mənim yolumda şəhid olub, maraqlanım görüm harada, nə vəziyyətdə yaşayır?”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova “Yeni Sabah” nəşrinə açıqlamasında deyib.

S.Həşimova bildirib ki, narazılığını ifadə edən qazilər haqlarını tələb edirlər və haqlıdırlar:

“Qazilər nə edibsə, düz edib. Şəhid valideynləri nə deyirsə, düz deyir. İki şəhid valideyninə bir az pul verib ağzını bağlamaqla dünya düzələn deyil. O uşaqlar hamısı gedib vuruşub, qolunu, ayağını, gözünü qoyub gəliblər, indi də haqlarını tələb edirlər. Haqqı tələb etdiklərinə görə dəlidirlər?! Xeyr! Qazilərimizi pis qələmə verməsinlər! Onlar nə tələb edirlərsə, dinləsinlər, layiqincə problemlərini həll etsinlər. Onlar ədalət tələb edirlər. Niyə vuruşmamışdan əvvəl, qolunu-qıçını itirməmişdən qabaq gedib Sahil Babayevin qapısında durmurdular? Deməli, indi haqları var ki, o qapıda dayanıb nəsə tələb edirlər”.

Xəbər 3361 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +