Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...


28.05.2022  12:35 

Xəstəliklərlə bağlı maarifləndirmə - Konfrans - FOTO





A+  A-

27 may tarixdə “Sağlamlığın Qorunması” ictimai birliyi Bakı Sağlamlıq Mərkəzində “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı konfrans keçirib.

XəzərNews.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həmçinin “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” Asossasiyasının tərəfdaşlığı ilə keçirildi.

Tədbiri Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov açıq elan edərək “Sağlamlığın Qorunması” İB-nin maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığını vurğulayıb. Aidiyyəti qurumların bu cür tədbirlərin təşkili üçün verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

“Sağlamlığın Qorunması” ictimai birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq tədbirin gedişatına uğurlar arzulayıb.

O qeyd edib ki, bizim əsas vəzifələrimizdən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. O ölkəmizdə gənclərin inkişafı, maariflənməsi, üçün geniş imkanlar yaradılmasının vacibliyini vurğuladı. Həmçinin Yazgül Abdıyeva hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusununun gec aşkarlanmasının ölümcül təhlükəyə səbəb olmasından və bunun baş verməməsi üçün bu xəstəliyin əlamətlərini bilməli və maariflənmənin vacibliyindən söz açdı.



Daha sonra “Sağlam bəşəriyyətin təhdidi – Hepatit” adlı video çarx nümayiş etdirildi.
Konfransda Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İB-nin sədri, t.ü.f.d. Gülnarə Ağayeva tərəfindən “Virusun yayılma yolları və diaqnostikası”, Qastroenteroloq-hepatoloq, dr Arzu Hüseynova tərəfindən “Viruslu hepatit B profilaktikası”, Qastroenteroloq-hepatoloq, dr. Rəqsanə Cəlilova tərəfindən “Viruslu hepatit B nin müalicəsi”, infeksionist, dr. Yusif Alxazov tərəfindən “Hepatit B virusu” mövzularında çıxışlar səsləndirildi.

Dr.Xıdırova Hicran və dr. Azər Nağıyev hepatitlə mübarizə haqqında maraqlı təkliflər verdilər.

Tədbirin zamanı iştirakçılara mövzuyla bağlı maarifləndirici bukletlər paylanılıb.

Xəbər 6834 dəfə oxunub.




11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +