Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


14.03.2022  15:20 

Tenderdə qalib gəlmək üçün 240 min manat rüşvət verib





A+  A-

Beynəlxalq axtarışa verildikdən 1 il sonra Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən Mövsüm Mövsümov hakim qarşısına çıxarılır.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə iş adamına külli miqdarda maddi ziyan vuran Mövsümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Belə ki, o, zərərçəkmiş Nabil Zeynalovu aldadaraq 240 min manatını alıb. M.Mövsumov yüksək vəzifədə tanışları olduğunu, bu yolla N.Zeynalovu Şəkidə məktəb tikintisi üçün keçirilən tenderdə qalib edəcəyini bildirib. Daha sonra pulu alaraq yoxa çıxıb. Cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, M.Mövsumov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Xəbər 3280 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +