Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?
Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir


09.10.2021  21:19 

Alkoqol alüdəçisi olan məşhur idmançılar - FOTO





A+  A-

Karyerasının zirvəsində zərərli vərdişin qurbanına çevrilən 4 məşhur döyüşçünü təqdim edirik.

Con Konte

Boks üzrə keçmiş çempion şən, zarafatçıl və əyyaş kimi tanınırdı. İdman karyerasını bitirdikdən sonra Con öz tərcümeyi-halında zəif cəhətləri haqqında ətraflı məlumat vermişdi. Onun sözlərinə görə, alkoqol aludaəçisi olmasaydı 15 il ard-arda ən yüksək titulları qazana bilərdi. Konte içkini məşq zamanı, döyüşdən əvvəl və sonra içirdi. Özünün də qeyd etdiyinə görə, ən az içdiyi vaxt döyüşlər ərəfəsində olurdu - bir günə 2 şüşə çaxır və 10 pint (bokal) pivə.



Qreqor Qillesbi

Əvvəlcə amerikalı idmançı yüksək dərəcəli güləşçi kimi şöhrət qazanmışdı. Sonra bir neçə müddət idmanın daşını atıb içkiyə qurşanmağı üstün tutdu. Xoşbəxtlikdən ailəsinin və dostlarının təkidi nəticəsində müalicə alır və alkoqollu içkilərdən uzaqlaşır. Qreqor idmana MMA döyüşçüsü kimi qayıdır və olduqca uğurlu çıxış edir - ardıcıl 7 qələbə.

2016-cı ildə UFC döyüşçüsü olaraq ardıcıl 6 qələbə qazanan idmançı köhnə vərdişinə qayıdır. Pərəstişkarları Qillespini Həbib Nurməhəmmədov üçün real təhlükə adlandırırdılar. Amma içki hər bir sahədə olduğu kimi burda da öz sözünü dedi. 2019-cu ilin payızında Kevin Li Qreqoru elə ilk raundda dərin nokauta göndərir. Sonradan məlum olur ki, Qilessbi döyüşdən bir neçə saat öncə alkoqollu içki qəbul edibmiş.



Xulio Sesar Çaves

Tanınmış meksikalı boksçu 1987-ci ildə yüngül çəkidə Edvin Rosarionu məğlub etdikdən sonra idmana qısa fasilə verir. İdmandan kənarda qalan Çaves alkoqol və narkotik alüdəçisi olur. Bütün gününü alkoqollu içki içərək keçirən idmançı boksdan çox qalmaqallarla gündəmə gəlirdi. İdmançı karyerasını başa vurduqdan sonra Çaves döyüşlərdə içkili və narkotik təsiri altında çıxış etdiyini bildirmişdi. Spirtli içkiyə sadiq qalan keçmiş çempion Meksikada tekila istehsalına başlayır. Məhsulun üzərində isə öz adı və şəkili təsvir olunub.



Konor Makqreqor

Alkoqollu içkilər UFC-nin yüngül dərəcədə çempionunun ayrılmaz bir hissəsidir. İçkili halda dəfələrlə gecə klublarında dava salan, qanun pozuntuları edib məsuliyyətə cəlb olunan, dinc insanlara əl qaldıran, təhqir edib sonradan buna peşman olan Makqreqor günü bu gün də içkidən asılı vəziyyətdədir. Bu yaxınlarda idmançı döyüşlərə içkili halda çıxdığını etiraf etmişdi. 6 oktyabr 2018-ci ildə Həbib Nurməhəmmədova məğlub olduğu döyüş zamanı da idmançı içkili halda idi. İçkiyə olan məhəbbətini daha da çox göstərən Makqreqor 2018-ci ildə viski istehsalına başlayır. İrlandiyalı döyüşçü "Proper Twelve" adlanan içki brendini 2021-ci ildə Meksika şirkətlərindən birinə satır. /Fanat.az/




Xəbər 3461 dəfə oxunub.



11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +