Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


02.10.2024  15:25 

EKSPO Mərkəzində X Beynəlxalq Kitab Sərgisi keçirilir -Fotolar





A+  A-

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı EKSPO Mərkəzində X Beynəlxalq Kitab Sərgisi keçirilir.

Xəzərnews.az xəbər verir ki, sərgidə ölkənin tanınmış ali məktəbləri, nəşriyyatlar, kitabın təbliği ilə məşğul olan qurumlar iştirak edirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinə direktoru Zinharə Həsənovanın saytımıza verdiyi məlumata görə, sözügedən ali təhsil ocağı da X Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Mərkəz direktoru bildirib ki, məqsəd ADPU alimlərinin yazdıqları kitabları təbliğ etməkdir: "Bu əsərlər Azərbaycanın elmi-mədəni ictimaiyyəti üçün çox əhəmiyyətlidir".

Zinharə Həsənova qeyd edib ki, Pedaqoji Universitetin stendində Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər, ADPU-nun 100 illik yubileyi ilə bağlı nəşr olunmuş silsilə kitablarla yanaşı professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş etdirilir: "Sərgi iştirakçılarına universitetin keçdiyi tarixi yol haqqında da geniş məlumat veriləcək".

Zinharə Həsənli deyib ki, ADPU kitabın təbliğinə xidmət edən analoji platformalarda bundan sonra da yaxından iştirak edəcək.





Xəbər 6849 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +