29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?
“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin edildi


08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto





A+  A-

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanmasında “Biznes əməliyyatlarında etika və dürüstlük” mövzusunda seminar keçirilib.

XəzərNews.az xəbər verir ki, təlim “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev tərəfindən aparılıb.

Seminarın təşkili, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident Sərəncamının tələblərindən irəli gələn və ASCO-da şəffaflıq və etik idarəetmə sahəsində aparılan işlərin davamı kimi həyata keçirilib.

Tədbirdə iştirakçılar biznes mühitində düzgün davranışın, şəffaf münasibətlərin və ictimai etimadın qorunmasının həm təşkilat, həm də dənizçilik sektorunun bütövlükdə reputasiyası üçün nə qədər vacib olduğunu müzakirə ediblər.

Seminar zamanı ASCO-nun “Biznes Etikası Məcəlləsi”nin əsas tələbləri, onların gündəlik iş proseslərində tətbiqi, habelə maraqların toqquşması, hədiyyə siyasəti və etik risklərin vaxtında aşkarlanması kimi mövzular real müşahidələr və situativ nümunələr üzərindən izah olunub.

Əliməmməd Nuriyev əməkdaşlar üçün təlim zamanı vurğulayıb ki, etik davranış yalnız daxili intizam məsələsi deyil, həm də təşkilatın cəmiyyət qarşısında daşıdığı məsuliyyətin göstəricisidir. Onun fikrincə, ASCO kimi strateji qurumlarda şəffaf idarəetmənin, dürüstlük mədəniyyətinin və beynəlxalq standartlara uyğun davranış modellərinin gücləndirilməsi həm xidmət keyfiyyətinə, həm də təhlükəsizliyə birbaşa təsir göstərir.

Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların etik dilemmlar üzrə sualları cavablandırılıb və iş zamanı yarana biləcək konkret halların necə düzgün qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tədbir, ASCO-da etika və şəffaflıq sahəsində yaradılmış korporativ mədəniyyətin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir.







Xəbər 1240 dəfə oxunub.



09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +