Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


08.04.2022  21:02 

İblislə vida...





A+  A-

Maraqlı an. Tarixi məqam. Nadir fotoşəkil...


Bir Vladimir digər Vladimirlə həmişəlik vidalaşır. Rusiya prezidenti Vladimir Putin Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin vida mərasiminə qatılmaqla ona olan son borcunu ödəyir.

Bəli, bu gün Putin Jirinovski ilə vidalaşır, amma gün gələcək Putin Jirinovskinin özünə də, qəbrinə də söyəcək.

Niyə, nə üçün?

Çünki son 20 ildə Rusiyanı sivil dünyanın bir parçası olmaqdan çəkindirib, onu "Rusiyanın öz yolu var, xüsusi missiyası var" tipində sərsəm şüarlar istiqamətinə yönəldən, Putini Qərblə məsafə saxlamağa sövq edən, Putinin beynini neoimperialist düşüncələrlə qıdıqlayan, Kremli keçmiş "SSRİ-nin bərpası" kimi faciəvi xülyalara sürükləyən, Rusiya generalitetini və HSK-nı (Hərbi Sənaye Kompleksi, "dərin dövlət") Ukraynaya hücuma təhrik edən birinci şəxs məhz Vladimir Volfoviç Jirinovski oldu.
Siz onun geosiyasətlə bağlı çıxışlarını diqqətlə izləsəniz görəcəksiniz ki, nəinki Putin, istənilən siyasi lider bu çıxışları dinlədikdən sonra qonşu ölkələrə qarşı təcavüz, istila fikirlərinə düşə bilərdi.

Bu baxımdan Putini zəmanəmizin Hitleri (Putler), Jirinovskinin isə Rusiyanın Göbbelsi adlandırmaq olar. D-r Göbbels öz işğalçı və irqçi fikirləri ilə, "propaqanda maşını" ilə Hitlerə və alman xalqına necə ağır zərbə vurmuşdusa, Jirinovski də Putini və rus xalqını yanlış istiqmətə döndərməklə, Rusiyanı bütün dünyaya qarşı qoymaqla bu ölkəyə heç kimin bacarmayacağı ən ağır zərbəni vurdu.

Sanki Jirinovskini məhz bu şeytani missiya üçün hazırlamışdılar, məxsusi göndərmişdilər.

Və necə deyərlər, İblis bu epizodda öz rolunu əla oynadı.

Putinin "mənəvi ata"sı rolunda, baş ideoloq ampluasında çıxış edən Vladimir Volfoviç Rusiyanı demək olar ki, bütün qonşuları ilə düşmən etməyi və lap sonda isə Ukrayna "tələ"sinə salmağı bacardı.

Putin isə indi bu "tələ"dən heç cürə çıxa bilmir.

İşin qəribəliyinə baxın ki, Rusiyanı Ukrayna "bataqlığ"ına soxan Jirinovski özü isə müharibə başlayar-başlamaz ortadan qeyb oldu, "COVİD 19"-un cənginə keçdi.

Putin isə tək qalıb. Jirinovskini əvəz edə biləcək bir şəxs yoxdur. Putinə hazırkı "dalan" vəziyyətində nə etməli olduğunu başa salan, onun üçün yeni "yol xəritəsi" cıza bilən ikinci bir "beyin hücumçusu" tapılmır.

Müharibə isə davam edir. Artıq 44-cü gündür ki, Rusiya hərbçiləri Ukrayna şəhərlərində qətliamlar törətməyə davam edir.

Bunun günahı isə həm də Jirinovskidədir.

Ukraynada diri-diri yandırılan, cürbəcür işgəncələrə məruz qalan, zorlanan insanların ahı Jirinovskini son mənzilində də rahat buraxmayacaq.

P.S.
"Şər dahisi" olmaq, müharibə ideoloqu kimi çıxış etmək Cənnətin bütün qapılarını insanın üzünə bağlayır...

Bəybala Mirzəyev

Xəbər 3375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +