Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir


18.09.2025  14:54 

TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək





A+  A-

Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, “Regional sülh və təhlükəsizlik” şüarı altında sammit olacaq.

XəzərNews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

“Keçiriləcək Sammit “Regional sülh və təhlükəsizlik” şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.

Qlobal və regional proseslərin gərginləşdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının vahid mövqedən çıxış etməsi, ortaq səylər göstərməsi xüsusi əhəmiyyət daşıyır. Birgə addımlarımız regionumuzda sülhün möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və xalqlarımızın rifahına xidmət edəcək”, - deyə Ə.Əsədov qeyd edib.

Xəbər 4652 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +