Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


12.12.2023  17:01 

Azərbaycana gətirilən 41 tondan artıq kartof məhv ediləcək





A+  A-

Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartofda zərərli maddə aşkarlanıb.

Xəzərnews.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, "Lars 77” MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Xəbər 3332 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +