“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər
Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi


01.11.2023  09:42 

Çıxarışı olan torpaq və evlər bahalaşacaq - Ekspert





A+  A-

Azərbaycanda çıxarışı olan torpaq və evlərin bahalaşacağı gözlənir.

Xəzərnews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ekspertlər bunu tikinti şərtləninin ağırlaşdırlması, xüsusilə də fərdi yaşayış evləri ilə bağlı bəzi qaydaların sərtləşdirilməsi ilə əlaqləndirir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, oktyabrın 1-dən qüvvəyə minən qaydalara əsasən, vətəndaş ilk növbədə təyinatı fərdi yaşayış evinin tikintisinə uyğun olan torpaq sahəsi almalıdır. Həmçinin, artıq tikilmiş evləri də ilkin icazə sənədləri yoxdursa, kommunal infrastrukturla -yəni qaz, işıq və su-kanalizasiya xətləri ilə təmin etmək mümkün olmayacaq.

Ekspert deyir ki, məhz belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə təbii ki, qiymət artımına təsir edən əsas amillərdəndir.

Ramil Osmanlı qeyd edib ki, nəticə etibarilə təkcə torpaq yox, çıxarışlı fərdi evlər də bahalaşacaq.

Onun sözlərinə görə, hazırda ölkədə 600 minə yaxın sənədsiz ev var ki, bunun da 450 mini Bakının payına düşür. İl ərzində də 25-30 min belə ev tikilir.

Xəbər 2593 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +