Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır
Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN
“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər
Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir


13.02.2023  11:54 

“Karbon qazının miqdarı 2 milyon ton azalacaq”





A+  A-

Yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

“Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Onu da bildirməliyəm ki, mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident qeyd edib ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır.

Dövlət başçısı əlavə edib ki, qısa müddət ərzində artıq 8 blok tamamilə yenidən qurulub və istifadəyə verilib: “Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.

Xəbər 2591 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +