Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


17.09.2017  13:46 

Yük daşımalarında artım





A+  A-

Bu ilin 8 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımalar artıb.
XəzərNews.az-ın Trendə-ə istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Verilən məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,5 faiz təşkil edib.

2017-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1262,4 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust ayları ərzində 9,4 milyon ton yük, 1,6 milyon sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,9 faiz azalma, sərnişin daşınmasında isə 29,2 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 347 vaqon yüklənib, 406 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,2 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5331,1 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,0 faiz artmışdır. Yüklərin 49,3 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6909,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6640,7 min tonunu və ya 96,1 faizini tranzit yüklər təşkil edib.

2017-ci il sentyabr ayının 1-ə əsasən limanlarda qalan yüklərin həcmi 156,2 min ton olub. Bu dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 12,7 min nəfər olub.

Avtomobil nəqliyyatı ilə 96,2 milyon ton yük, 1110,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,0 faiz artaraq 148,8 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1597,9 min və ya 19,1 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,1 faiz artaraq 104,9 min tona çatıb.

Xəbər 3215 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +