Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


05.12.2020  18:23 

Əmanətlərin tam sığortalanması müddəti başa çatdı





A+  A-

Dekabrın 4-də “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti başa çatıb.
XəzərNews.az xəbər verir ki, mart ayında Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddəti 9 ay, yəni bu il dekabrın 4-dək uzadılıb.

Qanun müddətinin yenidən uzadılması ilə bağlı iqtisadıçı Samir Əliyev bildirib ki, hələ ki, hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməyib:

“Böyük ehtimalla müddət daha uzadılmayacaq. Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki, bu barədə xəbər yoxdur”.

Xatırladaq ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. Həmin tarixdən isə bütün əmanətlər tam sığortalanırdı. Qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

Xəbər 3520 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +