Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


21.04.2025  11:03 

AYNA milyonlar qazanır, amma hesabat vermir...





A+  A-

Prezident İlham Əliyev son illərdə dəfələrlə qeyd edib ki, ölkədə vətəndaş nəzarəti institutu çox önəmlidir, dövlət-hökumət orqanlarının işinə ictimai nəzarət mexanizmləri yaradılmalıdır.

Əvvəldə bunu ona görə qeyd etdim ki, bu yazıya “AYNA” və onun törəməsi olan “AzParking” doğru-dürüst cavab versinlər, ictimai əhəmiyyətli məsələlərdə şəffaf olmağa borclu olduqlarını xatırlasınlar. Bu günə qədər “AzParking” şirkəti bir dəfə də olsun gündə-ayda-ildə nə qədər pul yığdığını, bu vəsaiti hara və necə xərclədiyini açıqlamayıb.

Gələk məsələnin məğzinə: Azərbaycanda 1,5 mln. avtomobil var, bunlardan, təxminən, 1 mln.-u Bakıdadır. Ən konservativ yanaşma ilə bu avtomobillərin 200-250 mini şəhərdəki parklanma yerlərindən istifadə edir. Yenə minimumla götürsək, ayda ən azı 10 manat “AzParking”-ə vəsait ödəyir ki, bu da, ayda 2,5 mln., ildə isə 30 mln. manat pul deməkdir. AYNA gün ərzində ən azı 5000 parklanma ilə bağlı cərimə yazsa və bu vəsaitin 50%-nin onlara ödənildiyini nəzərə alsaq (əsasnamələrində elə yazılıb), bu da aya 1,5 mln., ilə 18 mln. manat vəsait edir.

Yəni, ən aşağı rəqəmlərlə hesablasaq ildə avtomobil sahibləri “AzParking”-ə 48-50 mln. manat pul ödəyirlər, əslində bu rəqəm, çox güman daha çoxdur, sadəcə, çıxsınlar rəsmi rəqəmləri elan etsinlər ki, hamımız da görək.

Təsəvvür edin ki, ölkə üzrə BÜTÜN Bələdiyyələrin illik büdcəsi cəmi 51 mln. manatdır – Bələdiyyələr dilənçi günüdədirlər. Mən vətəndaş və avtomobil sahibi olaraq parklanma üçün ödəniş, qaydanı pozanda cərimə ödəməyə hazıram – amma bu pullar məmurlara deyil də, Bələdiyyələrə getməyini istəyirəm. “AzParking”-in 800 işçisi var (rəhbərliyi saymıram), onların aylıq maaşı 700-800 manatdır ki, bu da maaş fondunun aylıq cəmi 560-600 min manat olduğunu göstərir. İlə 6-7 mln. manat işçilərin maaş fondu edir ki, onların halal xoşları olsun, 800 manata həftədə 6 gün, səhət 07:00-dan, 22:00-a qədər çalışırlar. Yəni, parklanmadan toplanan vəsaitdən onların maaşlarını çıxsaq, ölkənin bütün bələdiyyələrinin büdcəsini, az qala iki dəfə artırmaq olar.

Hə, hörmətli AYNA məmurları, sizin işinizə də mütləq ayna tutmaq, güzgüdə özünüzü görmənizə çalışmaq lazımdır – çıxın siz də rəqəmləri elan edin, bəlkə səhv hesablamışam, bəlkə sizin deməyə başqa sözünüz var, buyurun, hodri meydan...

Natiq Cəfərli
Real Partiyasın sədri, iqtisadçı


Xəbər 1741 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +