29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?
“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin edildi


08.12.2025  11:17 

Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib





A+  A-

İranın anti-Azərbaycan mövqeyi ilə tanınan siyasi şərhçisi Şüeyb Bəhmən “Jamejam Online” saytına müsahibəsində Azərbaycan–İran əlaqələri ilə bağlı cəfəng iddialar səsləndirib.

XəzərNews.az Azad İran teleqram kanalına istinadla xəbər verir ki, Ş.Bəhmən iddia edib ki, son illərdə Bakı və Tehran arasında münasibətlərdəki gərginliklər “Azərbaycan rəsmiləri və rəsmi medianın anti-İran mövqeyi” və Azərbaycanın guya “Təl-Əviv və Vaşinqton orbitinə daxil edilməsi cəhdləri” ilə bağlıdır.

Ekspert, habelə, Azərbaycanın “regiondankənar aktorların maraqlarına xidmət etdiyini”, Bakının “sionist rejim” və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığını “İrana qarşı yönəlmiş addımlar” kimi qələmə verib.

Müsahibədə İranın “Qafqaza yanaşmasının xalqlara yönəlmiş tarixi-mədəni məsuliyyət” üzərində qurulduğu iddia olunub, Azərbaycanın isə “regional təşəbbüslərə lazımi maraq göstərmədiyi” irəli sürülüb.

Xəbər 433 dəfə oxunub.




09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +