220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı
“Pirzola” restoranının sahibi niyə həbs edilib?
Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL


22.05.2023  11:24 

İran Ali Təhlükəsizlik Şurası rəhbəri niyə istefa verdi?





A+  A-

İranda hakimiyyət daxili çəkişmələrin daha bir qubanı bəlli olub.

Bir müddət əvvəl İran diplomatiyasının "yeni ulduzu" kimi təqdim edilən, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və İran arasında gərginliyin yumşalmasında, Tehranın Pekinlə yaxınlaşmasında müstəsna rol oynamış, İranı faktiki diplomatik mühasirədən xilas etmiş Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin istefaya getdiyi bildirilir. İstefa hələ ki rəsmən elan olunmayıb, SEPAH-a yaxın nəşrlər xəbər verib.

Amma Şəmxani öz tvitində istefaya işarə edən bir beyt şeir paylaşıb. I Şah Təhmasib dövründə yaşamış tanınmış farsdilli divan ədəbiyyatı şairi Möhtəşəm Kaşaninin tivitdə istifadə olun şahbeytində deyilir:

Pərdə arxasında deyilən və eşidilən söz
Nəhayət, rəmz və eyhamla deyildi, dinlədi və getdi ..

Tvit Ali Təhlükəsizlik Şurasına yaxın "Noornews" tərəfindən qısa şərhlə dərc edilib.

Beytin məzmunundan anlaşılır ki, istefa qərarı uzun müddətli pərdəarxası mübarizənin nəticəsi olub, SEPAH-ın onu istefaya məcbur etməsinə müqavimət göstərib. Daha yuxarı postun(güman ki, Ali Dini Rəhbərin) onu eyham və rəmzlərlə "başa salmasından" sonra istefaya razı olub. ...

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 2764 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +