Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


20.09.2017  19:17 

İrandan sərt açıqlama — “Trampa cavab verməyə dəyməz“





A+  A-

İranın xarici işlər naziri Tvitter səhifəsində sərt açıqlama verib.
XəzərNews.az xəbər verir ki, Cavad Zərif Trampın BMT Baş Assambleyasındakı açıqlamalarına reaksiya verib. İranlı diplomat yazıb: "Trampın ifadələrinə cavab verməyə dəyməz. Orta əsrlərə aid ifadələrdir".

ABŞ prezidenti isə İranın Hizbullah və Bəşər Əsəd rejimini dəstəkləyərək regionda böhrana səbəb olduğunu iddia edərək "İranla nüvə anlaşması ABŞ üçün utanc mənbəyidir. Bu mövzudə hələ son sözümüzü deməmişik"-deyib.

Tramp çıxışında İran liderlərini də ittiham edib: "İran liderlərinin ən çox əziyyət çəkən qurbanları öz xalqıdır. Resursları iranlıların inkişafına ayırmaq əvəzinə neft gəlirlərini məsum müsəlmanları öldürən, ərəb və israillilərə hücum edən Hizbullah və digər terrorçulara ayırırlar. Bu pullar həm də Bəşər Əsədə və Yəməndəki vətəndaş müharibəsinə də xərclənir".

Xəbər 2996 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +