“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


14.12.2018  10:32 

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı





A+  A-

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb.
XəzərNews.az-ın məlumatına görə, toplantıya xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir.

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib.

Azərbaycanın sədrliyi dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat və informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu il oktyabrın 25-də və dekabrın 4-də keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qeyd edək ki, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdirlər.


Xəbər 3317 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI


BÜTÜN XƏBƏRLƏR +