Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


05.04.2021  18:43 

Bu gündən sığortalanan əmanətlərin həcmi 100 min manata çatdı





A+  A-

Bu gündən etibarən “"Əmanətlərin tam sığortalanması" haqqında qanunun müddəti bitir.
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev ötən ilin dekabrında sözügedən qanunda dəyişikliyi təsdiq edib. Bununla da əmanətlərin tam sığortalanması müddəti daha 3 ay artırılmışdı. Bu gündən etibarən isə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür.

Bundan sonra banklarda əmanətlərin sığortalanması “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Artıq qəbul edilmiş yeni tənzimləməyə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində olacaq. Yəni mövcud 30 min manat qorunan əmanət məbləği 100 min manata qaldırılıb. Bundan əlavə, yeni dəyişikliklərə əsasən 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunacaq. O cümlədən, notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də bu qəbildən olan qorunan əmanətlər siyahısına daxil ediləcək.

Xəbər 2197 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +