İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


26.03.2018  10:25 

Qəzet kağızının idxalına güzəşt olacaq?





A+  A-

Nazirlər Kabineti qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, qəzet çapı üçün nəzərdə tutulan kağızın əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələyə müvafiq dövlət dövlət orqanlarının iştirakı ilə Nazirlər Kabinetində baxılıb.

Vergi sahəsində tətbiq edilən azadolmaların minimuma endirilməsi istiqamətində aparılan ardıcıl siyasət baxımından və bu sahədə beynəlxalq təcrübə də nəzərə alınmaqla qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı ƏDV-dən azad olunması məqsədəuyğun hesab edilməyib.

Eyni zamanda, “Azərbaycan Respubikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, “Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı”na bu il yanvarın 1-dən 0 faizli gömtrük rüsumu tətbiq edilir.

Vergi Məsəlləsinə əsasən, kütləvi informasiya vasitələrinin alqı-satqısının bütün növləri üzrə dövriyyələri, mətbu kütləvi informasiya vasitələri məhsulları ilə bağlı redaksiya, redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti üzrə (reklam xidmətləri istisna olmaqla) ölkədaxili əməliyyatlar ƏDV-dən azaddır.

Xəbər 1788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +