Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


08.06.2025  19:38 

Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?





A+  A-

2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.

Xəzərnews.az Trend-ə istinadən xəbər verir ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.

Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir.

Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton
Sex istehsalı armaturlar: 800-900 AZN/ton

Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.

Taxta məhsullar, xüsusən rütubətli və quru taxtalar, tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur:

1 m³ yaş taxta: 380-420 AZN
Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.

Dam örtükləri və diktlər
Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:

0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN
15-lik dikt: 28 AZN → 19 AZN
17-lik dikt: 34 AZN → 21 AZN

Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.

Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.

Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.

Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük amillərdəndir

Xəbər 2293 dəfə oxunub.




24.06.2025  18:40 

Anadolu incisi - Bitlis

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?


BÜTÜN XƏBƏRLƏR +